Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı

Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı
  10 Sentyabr 2019    Oxunub:1738
Sentyabrın 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan Azvision.az -a verilən məlumata görə, iclasda Rəyasət Heyətinin sədri Anar Bağırov qurumun fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə keçirilən tədbirlər, ölkədə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində görülən işlər, sentyabrın 8-də vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələri haqqında məlumat verib. Tədbirdə, həmçinin vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən vəkilliyə bəzi namizədlərin Kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar qəbul edilib. Həmin şəxslər vəkil andı içiblər.

İclasda bir sıra intizam məsələlərinə də baxılıb, müvafiq qərarlar verilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyətinə dair sair məsələlər müzakirə olunub.

Azvision.az



Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti