Narkotik satan 4 nəfər ələ keçdi

Narkotik satan 4 nəfər ələ keçdi
  09 Sentyabr 2019    Oxunub:1839
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yolçubəyli kənd sakini A.Cəfərova məxsus yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu və 440 qram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Şəmsidən 2,4 kiloqram marixuana götürülüb.

Bundan başqa Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli kənd sakinləri A.Rzayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu və 490 qram marixuana, N.Rəhimova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu və 100 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti