Astara sakinlərinə pulsuz hüquqi yardım göstərilib

Astara sakinlərinə pulsuz hüquqi yardım göstərilib
  09 Sentyabr 2019    Oxunub:1490
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən Astara şəhəri Mərkəzi Kitabxanasında, Astara və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 38 vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər veriblər. Vəkillər vətəndaşları narahat edən məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq təşkil olunacaq.

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti