5 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat

  09 Sentyabr 2019    Oxunub : 967
5 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat
Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulub.

İmişli Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza