“Azadlıq” radiosunun növbəti yalanı ortaya çıxdı - AUDİOFAKT

“Azadlıq” radiosunun növbəti yalanı ortaya çıxdı -  AUDİOFAKT
  09 Sentyabr 2019    Oxunub:8091
Özünü goranboylu fermer kimi təqdim edən şəxs "Azadlıq" radiosuna verdiyi açıqlamada yetişdirdiyi məhsulun qiymətinin aşağı olması səbəbindən sahədə qaldığını və sata bilmədiyini iddia edib. Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məsələyə münasibət bildirib.
Azvision.az xəbər verir ki, nazirlik rəsmisi bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb: ""Azadlıq" radiosunun əməkdaşı goranboylu "fermer"dən açıqlama alıb. "Fermer" sözünü niyə dırnaq arasında yazdığımı anlayacaqsınız. Beş hektar torpağı olduğunu deyən "fermer" pomidorun qiymətinin ucuz olduğunu, məhsulun sahədə qaldığını, sata bilmədiyini, bu səbəbdən növbəti ildən pomidor əkməyəcəyini deyir. "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşı "fermer"in məhsulunu almaq üçün kəndə gedib.

Məlum olub ki, "Azadlıq" radiosunun fermer kimi qələmə verdiyi kişi yol kənarında mal satan alverçidir. Adamın torpağı da yoxdur. Bunu "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşına "fermerin" oğlu etiraf edib. Yol kənarındakı alverçini "fermer" deyə qələmə vermək, onu öyrədərək "məhsulum əlimdə qalıb, sata bilmirəm, əkməyəcəyəm" dedirtməkdə məna nədir? Bunun media ilə, jurnalistika ilə nə əlaqəsi var? "Azadlıq" radiosunun növbəti yalanı ortaya çıxdı" sözü deyəsən Praqadakıların xoşuna gəlir".



Elvin Abdulqədirov
Azvision.az


Teqlər: KTN   Nazirlik   Fermer  





Xəbər lenti