Həbsdəki xalası oğluna telefon keçirmək istədi

Həbsdəki xalası oğluna telefon keçirmək istədi
  09 Sentyabr 2019    Oxunub:1560
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman “Bismak Moskva” sözləri yazılan peçenyenin içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdə 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Ədliyyə   Penitensiar-Xidmət  





Xəbər lenti