Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək - RƏSMİ

 Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək -  RƏSMİ
  09 Sentyabr 2019    Oxunub:3270
Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.
Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Azvision.az



Teqlər: BŞBPİ   Aşura  





Xəbər lenti