"ABŞ terrorçular üçün təhlükəsiz bölgə yaratmaq istəyir" - Ərdoğan

   "ABŞ terrorçular üçün təhlükəsiz bölgə yaratmaq istəyir" -    Ərdoğan
  08 Sentyabr 2019    Oxunub:1703
"Müttəfiqimiz terror təşkilatı üçün təhlükəsiz bölgə yaratmaq niyətindədir və bunu qəbul etmirik".
Azvision.az xəbər verir ki, belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

O bildirib ki, atılan addımlar Ankaranı qane etmir: "Bizim üçün əsl təhdid Fəratın şərqindəki terror təşkilatlarıdır. Belə başa düşürük ki, müttəfiqlərimiz bizim üçün yox, terror təşkilatı üçün təhlükəsiz bölgə yaratmaq niyətindədir. Belə bir anlayışı rədd edirik. Təhlükəsiz bölgə üçün ABŞ-la müzakirələr aparırıq. Ancaq bizim istədiklərimizlə, onların düşüncələrinin eyni olmadığını hər addımda görürük".

Ərdoğan vurğulayıb ki, Türkiyə sentyabr ayı başa çatmadan öz əsgərləri ilə real təhlükəsiz bölgə yaradılmasına başlaya bilməzsə, öz yoluna getməkdən başqa çarəsi qalmayacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Ərdoğan   ABŞ   Suriya  





Xəbər lenti