Giorgi Qaxaria Gürcüstanın yeni baş naziri oldu

   Giorgi Qaxaria Gürcüstanın yeni baş naziri oldu
  08 Sentyabr 2019    Oxunub:2887
Gürcüstan parlamenti Giorgi Qaxarianın rəhbərlik edəcəyi hökumətə etimad göstərib.
Azvision.az xəbər verir ki, bununla bağlı keçirilən səsvermədə 98 deputat yeni hökumətin lehinə səs verib.

Gürcüstanın yeni hökumətinin tərkibi brlədir:

Giorgi Qaxaria - Baş nazir

Mixeil Batiaşvili - Təhsil, elm, mədəniyyət və idman naziri

Levan Davitşavili - Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri

Natela Turnava - İqtisadiyyat və davamlı inkişaf naziri

İrakli Qaribaşvili - Müdafiə naziri

Tea Tsulukiani - Ədliyyə naziri

Ekaterina Tikaradze - Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri

Maya Tskitişvili - Regional inkişaf və infrastruktur naziri

Davit Zalkaliani - Xarici işlər naziri

Vaxtanq Qomelauri - Daxili işlər naziri

İvane Maçavariani - Maliyyə naziri

Ketevan Tsixelaşvili - Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri

Qeyd edək ki, müxalif "Vahid Milli Hərəkat", "Avropalı Gürcüstan" və "Vətənpərvərlər Alyansı" səsvermədə iştirak etməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Gürcüstan   Baş-nazir   Hökumət  





Xəbər lenti