Sabah bu ərazidə hərəkət məhdudlaşdırılacaq

Sabah bu ərazidə hərəkət məhdudlaşdırılacaq
  07 Sentyabr 2019    Oxunub:2319
Bu gün səhər saatlarından başlayaraq axşam saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəzanın baş verməsi nəticəsində dağılmış asfalt-beton örtüyünün bərpası işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, qeyd olunan müddətdə sözügedən ərazidə hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Azvision.az



Teqlər:





Xəbər lenti