“ASAN Yay Festivalı”na yekun vurulub

“ASAN Yay Festivalı”na yekun vurulub
  07 Sentyabr 2019    Oxunub:2097
“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti “ASAN Yay Festivalı” Bərdə rayonunda keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Heydər Əliyev parkında keçirilən festival çərçivəsində müğənni Damlanın konserti təşkil olunub. Xeyli sayda tamaşaçının iştirak etdiyi tədbirdə, həmçinin Dj Bazaur musiqilər təqdim edib.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Yay mövsümü müddətində Masallı, Mingəçevir, İmişli, Quba “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad, Bərdə “ASAN xidmət” mərkəzlərində ümumilikdə yeddi festival keçirilib. Bununla da “ASAN Yay Festivalı”na yekun vurulub.

Azvision.az



Teqlər: ASAN-Yay   Festival  





Xəbər lenti