Maşından “TT” markalı tapança çıxdı

  07 Sentyabr 2019    Oxunub : 1059
Maşından “TT” markalı tapança çıxdı
Bakıda avtomobildən tapança aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: TT   Polis