Muqabe ölümündən sonra Milli Qəhrəman oldu

Muqabe ölümündən sonra Milli Qəhrəman oldu
  07 Sentyabr 2019    Oxunub:1838
Zimbabvenin keçmiş prezidenti Robert Muqabe ölkənin Milli Qəhrəmanı adına layiq görülüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zimbabvenin hazırki prezidenti Emerson Mnanqaqva açıqlama verib. O bildirib ki, Muqabe Afrikanın müstəmləkə zülmündən azad edən mübarizlər nəslinin nümayəndəsi olub. Prezident Muqabenin dəfninə qədər ölkədə matəm günlərinin davam edəcəyini bəyan edib.

Qeyd edək ki, 95 yaşlı Robert Muqabe ötən gün dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Azvision.az



Teqlər: RobertMuqabe  





Xəbər lenti