Hacıqabulda 5 otaqlı ev yanıb

Hacıqabulda 5 otaqlı ev yanıb
  06 Sentyabr 2019    Oxunub:2236
Hacıqabul rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a bildiriblər ki, hadisə ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə qeydə alınıb. Nəticədə evin 2 otağı əşyaları ilə birlikdə 80 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti