Bakıda evdən 4700 manatlıq qızıl oğurlanıb

Bakıda evdən 4700 manatlıq qızıl oğurlanıb
  06 Sentyabr 2019    Oxunub:1878
Xətai rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Qocayev saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti