ABŞ-dan Suriyada tutulan İŞİD-çilərlə bağlı tələb

ABŞ-dan Suriyada tutulan İŞİD-çilərlə bağlı tələb
  06 Sentyabr 2019    Oxunub:1462
"Böyük Britaniya Suriyada İŞİD terror təşkilatı ilə əlaqəyə görə tutulan bütün vətəndaşlarını geri qaytarmalı və məsuliyyətə cəlb etməlidir".
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın müdafiə naziri Mark Esper deyib.

"Qəbuledilməz bir vəziyyətdir. Bu nə qədər davam edəcək? Biz hesab edirik ki, onlar geri qaytarılmalı, barələrində lazımi ölçülər götürülməlidir. Bu, bizim Böyük Britaniyaya mesajımızdır. Mövqeyimiz bundan ibarətdir ki, onlar vətənə göndərilməli və ədalət məhkəməsi qarşısına çıxarılmalıdır".

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyada tutulan terrorçuları saxlamaq niyyətində olmadığını və onları ölkələrinə, xüsusən də Avropaya göndərəcəyini deyib.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: MarkEsper   İŞİD  





Xəbər lenti