“Rusiya ilə birlikdə amerikalıların həyatını xilas etdik” - Pompeodan etiraf

 “Rusiya ilə birlikdə amerikalıların həyatını xilas etdik” -  Pompeodan etiraf
  06 Sentyabr 2019    Oxunub:1951
"Terrorla mübarizə sahəsində Rusiya ilə sıx əməkdaşlıq amerikalıların həyatını xilas etməyə kömək oldu"

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo xarici mətbuata müsahibəsində eyib.
"Terrorla mübarizədə mən Rusiya ilə yaxından əməkdaşlıq etdim. Çox sıx əməkdaşlıq etdik. Əminəm ki, bu sıx əməkdaşlıq və birgə iş nəticəsində amerikalıların həyatını xilas etdik. Terrorizmə qarşı mübarizədə səylərimizi birləşdirərək rusların həyatını, düzünü desək, dünyadakı insanların həyatını xilas etdiyimizə eyni dərəcədə əminəm", - dövlət katibi vurğulayıb.

Pompeo qeyd edib ki, Rusiya ilə dialoqun davam etdirilməsi zəruridir: "İstənilən münasibətdə elə bir element var ki, bizim üst -üstə düşən və düşməyən mövqelərimizi göstərir. Bəzən razılaşmadığımız və ya dəyərlərimizin çox fərqli olmasına baxmayaraq, maraqlarımızın üst-üstə düşdüyü məqamlar var".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: MaykPompeo  





Xəbər lenti