Binədə 4 evdən oğurluq edən şəxs ələ keçdi

Binədə 4 evdən oğurluq edən şəxs ələ keçdi
  06 Sentyabr 2019    Oxunub:1893
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompyuter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməlləri etiraf edib.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq   Ev   Binə  





Xəbər lenti