Ermənistanda generalın oğlu silahlı insident törədib

   Ermənistanda generalın oğlu silahlı insident törədib
  06 Sentyabr 2019    Oxunub:1609
Ermənistanın Armavir vilayətində silahlı insident baş verib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 30 yaşlı yerli sakin Ara Qriqoryanla 26 yaşlı Koryun X. arasında yaranmış mübahisə nəticəsində odlu silahdan atəş açılıb. Koryun atəşdən yayına bilib. Hadisəni törədən Ara Qriqoryan avtomobilinə əyləşərək dərhal ərazidən uzaqlaşıb.

Araşdırma zamanı məlum olub ki, A.Qriqoryan Ermənistanın sabiq deputatı, general Manevl Qriqoryanın oğludur. Ara Qriqoryan polis tərəfindən dindirildən sonra sərbəst buraxılıb, ona ölkəni tərk etməmək barədə xəbərdarlıq edilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: Ermənistan   General  





Xəbər lenti