“Albertin adı gələndə qürurlandıq, təmənnasız işlədik” - Heykəltəraş

 “Albertin adı gələndə qürurlandıq, təmənnasız işlədik” -  Heykəltəraş
  06 Sentyabr 2019    Oxunub:9534
“Albertin adı gələndə elə qürurlanmışdıq ki... Bu işi boynumuzun borcu bildik. Sevə-sevə işlədik”

Bunu Azvision.az -a açıqlamasında Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan abidəni hazırlayan gənc heykəltəraşlardan biri Zamik Rzayev deyib.


O bildirib ki, Milli Qəhrəmanın heykəlini həmkarı Rahib Qarayevlə birgə hazırlayıb:

“Bizə təklif şəxsən Ömər Eldarovdan gəldi. Ona isə təklifi Albertin komandiri Hacı Əzimov etmişdi. Ömər müəllim bu işi bizi məsləhət gördü. Eksizləri çəkib, Ömər müəllimin rəhbərliyi altında işlədik. Eskizlə birlikdə təxminən səkkiz ay çəkdi. Amma heykəlin özünü 5 aya tamamladıq. Albertin adı gələndə qürurlandıq. Təmənnasız işlədik. Bu işi boynumuzun borcu kimi qəbul etdik. Heykəltəraş kimi həm də özümüzə heykəl qoyduq”.



Qeyd edək ki, Rahib Qarayev və Zamik Rzayev Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləridirlər.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda heykəli ucaldılıb. Heykəl Milli Qəhrəmanın adını daşıyan küçədə qoyulub. Hazırda heykəlin quraşdırılma işləri gedir.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: AlbertAqarunov   Abidə  





Xəbər lenti