Komitədən jurnalistlərə şad xəbər: Yaxın günlərdə “kupça” veriləcək

Komitədən jurnalistlərə şad xəbər:    Yaxın günlərdə “kupça” veriləcək
  05 Sentyabr 2019    Oxunub:2199
Jurnalistlər üçün istifadəyə verilən ikinci binada yaşayan sakinlərə yaxın günlərdə “kupça”lar veriləcək.
Bu barədə Azvision.az -a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.

Azvision.az




Teqlər: Komitə   Kupça  





Xəbər lenti