Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  05 Sentyabr 2019    Oxunub:1741
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 4-də saat 21 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini A.Rəhimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən Corat qəsəbə sakini Əziz Cahangirovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti