Ərdoğandan Putinə irad: “Niyə bu sualı vermədin?”

Ərdoğandan Putinə irad:  “Niyə bu sualı vermədin?”
  05 Sentyabr 2019    Oxunub:2643
"Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksini alandan sonra etibarlı şəkildə qorunur, beynəlxalq işlərdə və regionda rolu artır".
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bu yaxınlarda Türkiyə prezidenti ilə danışdım. O, bütün bu vəziyyətə (Rusiyanın G7-yə daxil olması və G8-in bərpası) reaksiya verərək dedi: Nə üçün sən Türkiyənin bu heyətdə olması ilə bağlı sual vermədin?",- deyə Putin Şərq İqtisadi Forumunun plenar iclasında müzakirə zamanı bildirib.

Rusiya lideri əlavə edib ki, Türkiyə "S-400"ləri əldə etdikdən sonra səmadan etibarlı şəkildə qorunur.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Putin   Rusiya   Ərdoğan  





Xəbər lenti