İsveçrə səfiri yeni Bakı Limanı ilə tanış olub

İsveçrə səfiri yeni Bakı Limanı ilə tanış olub
  05 Sentyabr 2019    Oxunub:2601
İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre yeni Bakı Limanı ilə tanış olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Azvision.az -a bildirilib ki, Limanının baş direktoru Taleh Ziyadov qonağa bildirib ki, bu gün limanda tam avtomatlaşdırılmış və müasir standartlara uyğun texnoloji həllər tətbiq olunur. Avtomatlaşdırmanın nəticəsi olaraq artıq həm limanda çalışan şəxslər, həm də yük sahibləri onlayn olaraq yüklərin statusu və harada olduğu ilə bağlı məlumatları daha asan və tez bir yolla əldə edə bilirlər.



Eyni zamanda baş direktor qeyd edib ki, ölkəmizin “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməsi liman üçün çoxşaxəli tranzit potensialı yaradır və bu da öz növbəsində Xəzər dənizi vasitəsi ilə sürətli keçidini təmin etməyə imkan verir.



Yeni Bakı Limanında yaradılan infrastrukturla tanış olan səfir M.Peneveyre də öz növbəsində deyib ki, Azərbaycan daim inkişaf etməkdə olan nəqliyyat dəhlizində çox vacib geosiyasi mövqedədir, Avropa və Asiyanı bir-biri ilə bağlayan mühüm nəqliyyat dəhlizi və gözəçarpan inkişaf strategiyası ilə həm nəqliyyat, həm də logistika qovşağı kimi çox mühüm rola malikdir.

Azvision.az



Teqlər: Bakı   Liman   İsveçrə  





Xəbər lenti