Məmmədyarov Latviyanın yeni səfirini qəbul edib

Məmmədyarov Latviyanın yeni səfirini qəbul edib
  05 Sentyabr 2019    Oxunub:1198
Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycanna yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, səfir Daynis Qarançs Latviya Respublikasının Xarici İşlər naziri Edqar Rinkeviçsin salamını Elmar Məmmədyarova çatdırıb. Öz növbəsində nazir Elmar Məmmədyarov David Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Daynis Qarançs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti