“Rəbbim, sənə qonaq göndərirəm...” - Pilotun məzarına qoyulan məktub (FOTO)

      “Rəbbim, sənə qonaq göndərirəm...”    -  Pilotun məzarına qoyulan məktub    (FOTO)
  05 Sentyabr 2019    Oxunub:29269
MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin məzarı üstünə kimin tərəfindən yazıldığı bilinməyən məktub qoyulub.
Azvision.az xəbər verir ki, məktubun müəllifi bir xanım olsa da, həmin şəxs mərhum pilot barədə qələmə aldığı namədə öz adını qeyd etməyib.

Məktubda deyilir: "Allahın salamı, rəhməti olsun müqəddəs ruhuna şəhidim! Mən səni qəzaya düşməmişdən qabaq tanıyanlardan biriyəm. Sağ-salamat tapılıb ailənə qovuşman üçün Allaha dualar edən, hər gün nəzirlər deyən bacın idim. Şəhid olduğun xəbəri aldığım anda bircə kəlmə deyə bildim göz yaşlarım içində: Rəbbim, şəhid Rəşad Atakişiyevi sənə qonaq göndərirəm...".



Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.

Azvision.az



Teqlər: Pilot   Rəşad-Atakişiyev  





Xəbər lenti