“TurAz Qartalı - 2019”da döyüş uçuşları keçirilir - VİDEO

   “TurAz Qartalı - 2019”da döyüş uçuşları keçirilir -    VİDEO
  04 Sentyabr 2019    Oxunub:2806
Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları keçirilir.

Bu barədə Azvision.az - a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edir.















Azvision.az



Teqlər:





Xəbər lenti