5 rayonda qaz olmayacaq

5 rayonda qaz olmayacaq
  04 Sentyabr 2019    Oxunub:1686
Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq.

Azvision.az


Teqlər: Beyləqan   Şirvan   Hacıqabul  





Xəbər lenti