Rusiyada azərbaycanlı sürücü qətlə yetirilib

 Rusiyada azərbaycanlı sürücü qətlə yetirilib
  04 Sentyabr 2019    Oxunub:2886
Sentyabrın 3-nə keçən gecə Nefteyuqanskın Kedrovı SNT ərazisindəki Çeuskinski kanalının sahilində çoxsaylı bıçaq yaraları olan kişi cəsədi tapılıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, öldürülən şəxs 26 yaşlı Azərbaycan vətəndaşı, Nefteyugansk sakini Məhəmməd Quliyevdir. O, şəhərdə fərdi sürücü kimi işləyib.

Cəsədin tapılmasından bir gün öncə polisə onun itkin düşməsi ilə bağlı müraciət olunub. Qətl olunan Məhəmməd Quliyevin avtomobili Nefteyuqansk ərazisində tapılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Cinayət istintaq idarəsi qətl hadisəsində şübhəli bilinən 28 yaşlı Nefteyuqansk sakinini saxlayıb. Qətli törətməkdə şübhəli bilinən şəxs əvvəllər də müxtəlif dərəcəli cinayətlər törətməkdə ittiham olunub.

İstintaq zamanı təqsirləndirilən şəxslə birlikdə mərhumun avtomobilini oğurlayan Nefteyuqansk şəhərinin başqa bir sakini də saxlanılıb. Bu şəxsin qətldə iştirakı barədə dəqiq məlumatın olmadığı bildirilib.

Polis yerli media orqanlarında qətllə əlaqədar üç nəfərin saxlanılması və mərhumun başının kəsilməsi ilə bağlı xəbərləri təkzib edib.

İstintaqın ilkin ehtimalına görə, qətl tamah məqsədi ilə törədilib. İstintaq prosesi davam edir.

Azvision.az



Teqlər: Rusiya   Sürücü   Qətl  





Xəbər lenti