Miqrasiya Könüllülərinə sertifikat verilib - FOTOLAR

Miqrasiya Könüllülərinə sertifikat verilib -    FOTOLAR
  03 Sentyabr 2019    Oxunub:3764
Dövlət Miqrasiya Xidmətinin regional idarə və struktur bölmələrində təcrübə keçmiş 51 nəfər Miqrasiya könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, mərasimdə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri, Könüllülərlə iş üzrə koordinator Elnur Kələntərov gənclərin inkişafına yönələn dövlət siyasətini xüsusi vurğulayaraq, bu sahədə respublikamızda görülən işlərdən bəhs edib.



Təcrübə kursunu uğurla başa vurmuş gənclərə DMX-nin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.



1 ay müddətində DMX-nin müxtəlif struktur bölmələrində təcrübəli mütəxəssislərlə birbaşa çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.



Daha sonra könüllülərə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib. Miqrasiya könüllüləri üçün yaradılmış təcrübə proqramı davamlı olaraq təşkil edilir. Hazırda 13 nəfər Miqrasiya könüllüsü DMX-nin struktur bölmələrində təcrübə kurslarına cəlb olunub.






Azvision.az



Teqlər: DMX   Könüllü  





Xəbər lenti