Oğurluq edən şəxslər saxlanılıb

Oğurluq edən şəxslər saxlanılıb
  03 Sentyabr 2019    Oxunub:1517
Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 2 ədəd xalça və qab-qacaq oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini H.Əhmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bundan başqa Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti