Metroda cibgirlik edən şəxs saxlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb
  03 Sentyabr 2019    Oxunub:1599
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Xırdalan şəhər sakini Nazim Heydərov metronun “Koroğlu” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Azvision.az


Teqlər: Cibgir   Metro  





Xəbər lenti