Ölkədən 30 min dollar çıxarmaq istəyən əcnəbilər tutuldu - FOTO

Ölkədən 30 min dollar çıxarmaq istəyən əcnəbilər tutuldu -    FOTO
  03 Sentyabr 2019    Oxunub:1692
Gömrükçülər külli miqdarda xarici valyuta və zərgərlik məmulatının ölkənin gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Türkmənistan Respublikasına getmək istəyən bu ölkənin vətəndaşları saxlanılıb və hərəkətləri şübhə doğurduğu üçün onlarla fərdi şəkildə sorğu-sual aparılıb.



Nəticədə, həmin vətəndaşların birindən 30000 ABŞ dolları, digərindən isə ümumi çəkisi 288,38 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti