Qarabağ qazisi ata oldu - FOTOLAR

Qarabağ qazisi ata oldu -  FOTOLAR
  03 Sentyabr 2019    Oxunub:3905
Qarabağ qazisi, ehtiyatda olan kapitan Anar Məmmədov ata olub.
Azvision.az -ın məlumatına görə, ötən gün onun oğul övladı dünyaya gəlib.



Qeyd edək ki, A.Məmmədov 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı üzrə bitirib. 2005-ci ilin iyun ayından 2006-cı ilin iyun ayına kimi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kursunda olub. 2006-cı ilin iyun ayından 2007-ci ilin fevralına kimi N saylı H/H kəşfiyyat tağım komandiri, 2009-cu ilin may ayından 2013-cü ilin mart ayına kimi N saylı H/H kəşfiyyat bölük komandiri, 2013-cü ilin mart ayından 2015-ci ilin dekabr ayının 2-dək N saylı H/H kəşfiyyat bölməsinin kəşfiyyat-rəisi vəzifəsində xidmət edib. 2015-ci il sentyabr ayının 1-də düşmən arxasında döyüş tapşırığı yerinə yetirərkən yaralanıb və 2015-ci ilin noyabr ayının 2-də ordu sıralarından ehtiyata buraxılıb.

Qazi 2017-ci ilin dekabr ayında ailə həyatı qurub.







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qazi   AnarMəmmədov  





Xəbər lenti