Bulvarda dənizə düşən kişinin meyiti tapıldı

Bulvarda dənizə düşən kişinin meyiti tapıldı
  03 Sentyabr 2019    Oxunub:1504
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Yağmalıyev Mübariz Həsənbala oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Bulvar  





Xəbər lenti