Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq vurdu

   Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq vurdu
  03 Sentyabr 2019    Oxunub:3053
Bakının Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma olub.
Hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı, İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb.

Daha somra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb.

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Azvision.az



Teqlər: Binəqədi   Cinayət   Bıçaqlanma  





Xəbər lenti