Dubay-Bakı-Dubay aviareysi ləğv edildi

Dubay-Bakı-Dubay aviareysi ləğv edildi
  02 Sentyabr 2019    Oxunub:1546
Sentyabrın 2-də həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.
Azvision.az xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 17:00-da “FZ 733” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.

Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 17:55-da Bakıdan Dubay istiqamətində “FZ 734” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Qeyd edək ki, Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

Azvision.az



Teqlər: Bakı   Dubay  





Xəbər lenti