Ermənistanda təqaüdçülər itaətsizlik aksiyası keçirir
Aksiya iştirakçıları qeyd ediblər ki, seçki marafonu ərəfəsində 100 min iş yerinin açılacağını vəd edən Nikol Paşinyanın dedikləri özünü doğrultmadı. Bundan əvvəl olduğu kimi, indi də əhalinin böyük əksəriyyəti işsizdir. Yeni iqtidar fəaliyyətə başladıqdan sonra 50 min nəfər insan işsiz qalıb. Paşinyan hakimiyyətə gələn kimi baytarlıq və bitki sanitar xidmətlərinin fəaliyyətini dayandırıb. Nəticədə minlərlə insan işsiz qalıb.
Ermənistanın sabiq baş naziri Hrant Baqramtyan bildirib ki, işsizlik problemi ölkəni uçuruma aparır. Dövlət xidmətlərinin ləğvi 1500-ə qədər mütəxəssisin itirilməsinə, bu da aqrar sektorda əlavə problemlərin yaranmasına gətirib çıxaracaq. Bununla kiçik təsərrüfatlarla məşğul olan fermerlər hökumətin güzəştli layihələrindən kənarda qalacaqlar. Bu da qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək. (AzərTAc)
Azvision.az
Teqlər: Ermənistan Etiraz Aksiya