İki qardaş yol qəzasında həlak oldu

İki qardaş yol qəzasında həlak oldu
  02 Sentyabr 2019    Oxunub:1141
Avqustun 31-də saat 4 radələrində Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində Şirvan şəhər sakini Anar Qanbayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı maneəyə vurub, sonradan idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarında dayanmış şəhər sakini İ.Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb.
Daxili İşlər Nazirliyindəın Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini olan qardaşı Fəzayıl hadisə yerində ölüblər. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti