Fransada “Mühacirlərin həyatı” təqdim olunacaq
“Mühacirlərin həyatı” kitabında Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Albert Kamyu ilə əlaqələri də geniş yer alıb.
T.Hacıbəylinin yaşadığı acılı-şirinli günlərə, keşməkeşli ömür yoluna baxmayaraq, xatirələri ailəsinə, yaşadığı ölkəyə və ana vətənə - Azərbaycana olan sevgisinin azalmadığını əks etdirir.
Kitabın redaktoru “Kəpəz” nəşriyyatının əməkdaşı Ghita Belgueddir. Yaxın günlərdə Fransanın paytaxtı Paris şəhərində “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq.
Azvision.az
Teqlər: Fransa Diaspor Komitə Kitab