"ABŞ atəşkəsi zərbə altına qoyur" - Rusiyadan sərt açıqlama

 "ABŞ atəşkəsi zərbə altına qoyur" -  Rusiyadan sərt açıqlama
  01 Sentyabr 2019    Oxunub:1681
Rusiya tərəfi ABŞ-ın İdlibə hava zərbələri endirməsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, bununla bağlı açıqlamada hava zərbələrinin bölgədə atəşkəsi təhlükəyə atdığı qeyd olunur.

"ABŞ-ın hava zərbələri bölgədəki atəşkəsi zərbə altına qoyur", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ABŞ İdlibin şimalında "Əl-Qaidə" terror təşkilatına qarşı hava hücumu həyata keçirdiyini açıqlayıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Rusiya   İdlib  





Xəbər lenti