“AZCLOUD Hackathon 2019” başa çatdı

“AZCLOUD Hackathon 2019” başa çatdı
  01 Sentyabr 2019    Oxunub:1972
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC təşkilatçılığı, “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən “Azcloud Hackathon 2019” müsabiqəsi başa çatıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, yarışma bir neçə mərhələdən ibarət olub və komandalar müştərilər ilə əlaqənin rəqəmsallaşdırılması və platformasının (CRM) yaradılması üzərində çalışıblar. İlk öncə texniki tapşırıqlarını alan komandalar avqustun 30-da saat 10:00-dan 18:00-dək öz məhsullarını təqdimat şəklində münsiflər heyətinə təqdim ediblər.
9 nəfər üzvü olan münsiflər heyətinə “R.İ.S.K.” şirkətinin icraçı direktoru Rüfət Quliyev, “TrendMicro” şirkətinin MDB ölkələri, Gürcüstan və Monqolustan üzrə regional direktoru German Pozankov, “Azercell Telekom” MMC-nin baş eksperti Asif İbrahimov, “Bestcomp” şirkətinin sistem arxitektoru Hafiz Mustafa, “HPE” Azərbaycan şirkətinin texniki məsləhətçisi Orxan Mirsadiqov, “AzInTelecom” MMC-nin Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev, Proqram təminatının inkişafı şöbəsinin müdiri Əşrəf Şahverdiyev və Proqram təminatının inkişafı şöbəsinin mütəxəssisi Eldar Vəlibəyov daxildir.

Qeyd edək ki, müsabiqəyə 20 komanda və 80-dən çox iştirakçı qeydiyyatdan keçərək qatılıb. Bu komandalar “JetNails”, “Avanti”, “Espresso Team”, “Coffee Jar”, “Sooners”, “Simplify”, “24/7”, “Just Amateurs”, “Binary Beats”, “CodeRun”, “Bottom text”, “Salam”, “Heaps don’t lie”, “45 minutes”, “Code fathers”, “Good Fellas”, “Guardians”, “The Unknowns”, “Adroit”, “Novum Juniors” komandalar olub.

Axşam saatlarında təşkil olunan qala-gecəsində münsiflər heyəti tərəfindən “AZCLOUD Hackathon 2019” müsabiqəsinin qalibi elan olunub və qalib “Coffee Jar” komandası elan edilib. Daha sonra qala-gecəsi şənlik tədbiri ilə başa çatıb.

Azvision.az


Teqlər: Nazirlik   Müsabiqə  





Xəbər lenti