İran Xəzər dənizində hərbi təlimə başlayır

   İran Xəzər dənizində hərbi təlimə başlayır
  31 Avqust 2019    Oxunub:1577
Yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.
Bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə deyib. O, mətbuata açıqlamada qeyd edib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır.

Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq. (AzərTAc)

Azvision.az



Teqlər: İran   Xəzər   Dəniz   Təlim  





Xəbər lenti