Azərbaycana iki yeni metro qatarı gətirildi

  31 Avqust 2019    Oxunub : 1413
 Azərbaycana iki yeni metro qatarı gətirildi
“Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.

Azvision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qatarların depoda sazlama və sınaq işləri həyata keçirildikdən sonra sentyabr ayı ərzində xəttə buraxılacaq.

Qurum rəsmisi qeyd edib ki, bununla da cari il üçün sifariş edilən bütün qatarlar artıq ölkəmizdədir.

Ümumilikdə Bakı Metropolitenində 11 yeni qatar mövcuddur. Bunlardan 5-i 2015-2018-ci illərdə, 6-sı isə 2019-cu ildə gətirilib.

Azvision.az

Teqlər: Metro   Qatar