Hava şəraiti qeyri-sabit keçəcək - Xəbərdarlıq

   Hava şəraiti qeyri-sabit keçəcək -    Xəbərdarlıq
  31 Avqust 2019    Oxunub:1624
Avqustun 31-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə avqustun 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı enib, şimşək çaxıb, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında: Astarada 58 mm (aylıq normanın 70 faizi), Yardımlıda 10 mm, Lerikdə 9 mm, Biləsuvarda 3 mm, Neftçalada 0.8 mm; Böyük Qafqazda: Oğuzda 6 mm, Qəbələdə 5 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 4 mm, Balakən, Zaqatala, Qırızda 3 mm, Xınalıq, Altıağac, Xaltanda 2 mm, Şəki, İsmayıllı, Mərəzə, Qubada 1 mm, Şabran, Qusar, Xaçmazda 0.0-0.7 mm; Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 10 mm (aylıq normanın 66 faizi), Tərtərdə 5 mm, Zərdabda 3 mm, Beyləqanda 2 mm, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Sabirabad, Salyan, Qazıməmməddə 0.4-0.7 mm; Qazax-Gəncə zonasında: Ağdamda 8 mm, Naftalan, Şəmkirdə 3 mm, Tovuzda 2 mm, Ceyrançöl, Gəncədə 1 mm; Kiçik Qafqazda: Göygöldə 7 mm, Daşkəsəndə 6 mm, Gədəbəydə 5 mm; Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 2 mm, Sədərək, Şahbuzda 1 mm, Şərur, Naxçıvanda 0.0-0.3 mm; Sumqayıt və Bakıda qısamüddətli yağış yağıb. Sentyabrın 1-i səhərədək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir.

Sentyabrın 1-də gündüz yağıntıda fasilə proqnozlaşdırılır. Sentyabrın 2-dən 4-ü gündüzədək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Azvision.az


Teqlər:





Xəbər lenti