Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  31 Avqust 2019    Oxunub:1587
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən Azvision.az -a verilən xəbərə görə, Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Qarayazı qəsəbəsi ərazisindən yabanı halda bitmiş, çəkisi 3,2 tona yaxın 4500 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz dəmir yolu stansiyasının ərazisində Ləcət kənd sakini, əvvəllər məhkum olunan V.Həsənova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti