Üç nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat

Üç nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat
  31 Avqust 2019    Oxunub:1963
Avqustun 30-da saat 20 radələrində Biləsuvar şəhəri ərazisində Bakı şəhər sakini S.Fərəczadə idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı maneəyə vurub aşırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sərnişinlərindən oğlu Səfər və qardaşı oğlu Riad Hüseynov hadisə yerində ölüb, sürücü və digər sərnişini olan 2 qızı, Günel Hüseynova və onun oğlu xəstəxanaya yerləşdirilib, G.Hüseynova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti