ABŞ İran tankerini “qara siyahı“ya saldı

ABŞ İran tankerini “qara siyahı“ya saldı
  31 Avqust 2019    Oxunub:1368
ABŞ hökuməti İranın “Adrian Darya 1” tankerini sanksiyalar siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, sanksiya siyahısına tankerin kapitanı, Hindistan vətəndaşı Ahileş Kumar da daxil edilib.

Qeyd olunub ki, tanker 2,1 milyard barrel İran nefti daşıyır və İslam İnqilabı Keşikçiləri Korpusu bu vəsaitlərdən yararlanır. ABŞ Maliyyə nazirinin müavini Siqal Mandelker xəbərdarlıq edib ki, “Adrian Darya 1” tankerini dəstəkləyən hər kəs sanksiya siyahısına düşə bilər.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ABŞ   Sanksiya  





Xəbər lenti