“Əcnəbi könüllülər” layihəsi başa çatıb - FOTOLAR
Həmçinin təcrübə proqramı çərçivəsində iştirakçılar üçün Bakı, Şəki və Quba şəhərlərində ekoloji layihələrin idarəedilməsi istiqaməti ilə yanaşı, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və Azərbaycanın mədəniyyəti ilə tanışlıq məqsədi ilə ekskursiyalar təşkil olunub.
Layihə “ASAN xidmət”, “ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını təmin etmək üçün yeni əsasların yaradılması” layihəsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsünün birgə dəstəyi ilə həyata keçirilib.
Layihənin əsas məqsədləri ölkəmizdə ekoloji istiqamətdə həyata keçirilən tədbirlərin, könüllülük fəaliyyətinin tanıdılması, iqlim dəyişikliyinə qarşı mübarizəyə diqqətin cəlb edilməsidir. Həmçinin müvafiq istiqamətdə beynəlxalq tərədaşlıqların qurulması və ekoloji layihələrin təşkili, gənclər tərəfindən ekoloji problemlərin həllində iştirakçılığın artırılması əsas hədəflərdir.
Azvision.az
Teqlər: