Daha bir üzv DNİK dərnəyini tərk etdi

Daha bir üzv DNİK dərnəyini tərk etdi
  30 Avqust 2019    Oxunub:1096
Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnəyin daha bir üzvü Vəfadar Əliyev həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.
Azvision.az -a daxil olan bəyanatda dərnək üzvlüyünü tərk edən V.Əliyev bəyanatında qeyd edib ki, dərnəyin layihəsi və tələbləri onu qane etmir: "DNİK-in layihəsi və onun qarşıya qoyduğu məqsədlər məni qane etmir. Mən hər zaman ölkədə inqilabi hərəkətlərə, xaos və hərc-mərcliyin yaranmasına qarşı olmuşam".

Dərnəyin sadəcə layihə kimi yaradıldığını vurğulayan Vəfadar Əliyev dərnəyin fəaliyyət göstərmədiyini bildirib.

Vəfadar Əliyev avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib. Dərnək üzvü Mahmud Əhmədli də təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat vermişdi.

Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə özünü ALÖV (Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti) partiyasının təsisçisi və sədri Rza Səfərsoy kimi təqdim edən şəxs müxtəlif məzmunlu paylaşımlar edərək, həmin təşkilatı təsis edərək insanları qanunsuz etiraz aksiyaları təşkil etməklə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edib.

Azvision.az



Teqlər: DNİK  





Xəbər lenti